"Real Madrid"in üç futbolçusu "Barselona" ilə oyunu buraxa bilər

İspaniyanın "Real Madrid" klubunun aparıcı futbolçuları Kərim Benzema, Ferlan Mendi və Rodriqo "Barselona"ya qarşı XXIX tur oyununu buraxa bilərlər.

"Report"un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Karlo Ançelotti "Malyorka"ya 3:0 hesabı ilə qalib gəldikləri XXVIII tur oyunundan sonra mətbuat konfransında deyib.

63 yaşlı mütəxəssis həmin oyunçuların durumuna martın 16-da tam aydınlıq gələcəyini söyləyib.

Qeyd edək ki, Rodriqo "Malyorka" ilə görüşün 71-ci, Ferlan Mendi isə 80-ci dəqiqəsində əvəzlənib. Sonadək meydanda olan Kərim Benzema isə qarşılaşmanın ardından ayağında ağrılar hiss edib. Martın 20-də keçiriləcək El-Klasiko Bakı vaxtı ilə saat 00:00-da başlacaq.