Samir Abasov: "Azarkeşlər səni söyürsə, mütləq cavabı olacaq"
Yusif Nəzərli
18:53 05.11.2021
İdman
676
"Hər dediyim özümə haqq qazandırmaq kimi qəbul olunacaq. Azarkeşi söymüşəmsə və mənə bu cəzanı veriblərsə, haqlıdırlar. Özümü bəzarət altında saxlamalıyam. Amma həmin anda hisslərimi cilovlaya bilməzdim".
"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov "Qarabağ"a 0:4 hesabı ilə uduzduqları Premyer Liqanın IX tur oyununda rəqib azarkeşləri təhqir etdiyi üçün AFFA İntizam Komitəsinin ona 5 oyunluq cəza verməsinə münasibət bildirərkən deyib.
43 yaşlı mütəxəssis deyib ki, hər bir qurum öz işində diqqətli olmalıdır: "Mən "CBC Sport"a müsahibə verərkən azarkeşlər qışqırıb nalayiq sözlər işlədirsə, əvvəlcə buna çarə qılmalısınız. Yaxud da "Azersun Arena"da yerli fanatları rəqib komandanın məşqçilər heyətinin yer aldığı texniki zonanın arxasında yerləşdirirlər. Onlar da oyun başlayandan dayanmadan bizi söyürlər. Hansı mentalitetə sahib olduğumuzu bilirsiniz. Nə qədər peşəkar olsan da, alınmır. Hətta Qurban Qurbanov kimi səbirli insan AEL-lə Kiprdəki avrokubok matçında az qala tribunaya qalxacaqdı".
Abasovun sözlərinə görə, azarkeşlər səni söyürsə, mütləq cavabı olacaq: "Belə olanda da əziyyətini biz çəkirik. İstəyirsən, həmin azarkeşləri Qurban müəlimin arxasında otuzdur, qoy, nə deyirlərsə, desinlər. Hər hərəkətimdə söyüş eşidirimsə, əlbəttə, axır-əvvəl partlayacağam".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Venesuelada birhəftəlik matəm elan edildi
23:56 01.07.2026
Dünya
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya