Samir Abasov: "Kubokda yolumuza davam etmək istəyirik"
Yusif Nəzərli
18:15 01.02.2022
İdman
462
"Qış fasiləsindən sonra ilk rəsmi oyunumuz idi, buna görə də bizim üçün çətin oldu".
"Report"un məlumatına görə, bunu "Neftçi"nin yeni baş məşqçisi Samir Abasov evdə "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
44 yaşlı mütəxəssis bildirib ki, "Sabah" yüksəlişdə olan komandadır: "Kubok görüşü olduğundan ikinci matçda da bu cür çətinliklər bizi gözləyəcək. Yolumuza davam etmək istəyirik".
Abasov komandadan ayrılan futbolçular haqqında da danışıb: "Harramiz Soares uğursuz transfer oldu. Onu komandada saxlamaq yersiz idi. Özü ilə də danışdıq. Bizi anlayışla qarşıladı. Amma Romen Baskı buraxmamalı idik. Ailəsinə görə komandadan ayrıldı. Dəfələrlə söhbətlərimiz oldu. Lakin ailəsi bura gəlmək istəmədi. Ona görə üzülürəm. Lakin Mamadu Kane və Sabir Buqrinin gedəcəyini gözləyirdik. Yeni komanda qururuq. Bir az vaxt lazımdır".
Baş məşqçi yeni transferlərin komandaya xeyir verəcəyini söyləyib: "Gilyerme Pato tanıdığımız oyunçudur. Azər Əliyevə gəlincə, Rusiyadan futbolçunu bura gətirmək asan deyil. Amma komandaya gec qoşulduqları üçün problem yaşadıq. Ona görə də futbolçuları dəyişə-dəyişə hazırlayacağıq. Ümid edirəm ki, tezliklə bunun öhdəsindən gələcəklər. Çünki hamısı yaxşı futbolçulardır".
Mütəxəssis komandadakı problemləri gördüklərini vurğulayıb: "Hücumçular əla vəziyyətdə deyil ki, çıxıb 90 dəqiqə oynasın. Ramon Maçado pis forvard deyil. Nə tapşırıq veririksə, yerinə yetirir. Düzdür, Eddi İsrafilov Kane, Pato Buqrin deyil. Amma onların üstün tərəflərindən yararlanmağa çalışırıq. Hazırda komandanı gücləndirmək barədə düşünmürük. Çünki imkanımız o səviyyədə deyil. Komandada ab-hava yüksək səviyyədədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
1 gün ac qalmaq orqanizmi cavanlaşdırır!
03:51 30.08.2026
Sağlamlıq
La-Manş boğazında 5 nəfərin olduğu gəmi kömək siqnalı verib
02:42 30.08.2026
Dünya
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm