Stadnik karyerası ilə bağlı qərarını açıqlayıb
Yusif Nəzərli
15:44 11.01.2022
İdman
677
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) karyerasını davam etdirəcək.
"Report"un məlumatına görə, titullu idmançı bu barədə Dünya Güləş Birliyinin rəsmi saytına açıqlama verib.
O, 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək istədiyini bildirib. 2 qat dünya və 8 qat Avropa çempionu bu qərarı Tokio olimpiadasından qayıtdıqdan dərhal sonra qəbul edib: "Düşünürəm, nə qədər ki, döyüşmək istəyim var, bütün potensialımı gerçəkləşdirməyə məcburam. Ailəm və dostlarım mənə çox inanırlar. Oğlum güləşə davam etməyimi istəyir, çünki güclü olduğumu deyir".
Stadnik Paris olimpiadasına vəsiqə qazansa, ardıcıl 5 nüfuzlu yarışda iştirak etmiş yeganə güləşçi olacaq. O, qarşıdakı Oyunlarda da mükafatçı olmaq istəyini gizlətməyib: "Çox istərdim ki, beş olimpiya medalım olsun. Hər medal mənim həyat hekayəmin, səyahətimin bir parçasıdır. Beş olimpiya halqası var, ona görə də beş olimpiya medalına sahib olmaq tarixə düşəcək".
Güləşçinin fikrincə, yaşına və fiziki durumuna görə əvvəlkitək tez-tez yarışlara qatıla bilməz: "İldə dörd və ya beş turnirdə iştirak mənim üçün idealdır. Parisə getməzdən əvvəl qarşılaşa biləcəyim yeganə problem bədənimin məşqlərə necə reaksiya verəcəyini bilməməyimdir. 20 yaşımda olan enerjini kompensasiya etmək üçün düzgün yararlana biləcəyim müəyyən təcrübəm var".
Qeyd edək ki, Mariya Stadnik "Pekin-2008" və "Tokio-2020"də bürünc, "London-2012" və "Rio-2016"da isə gümüş medal qazanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə
Gürcüstanda azərbaycanlı qız öldürüldü - FOTO
17:01 01.07.2026
Hadisə
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
16:58 01.07.2026
Gündəm
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:20 01.07.2026
Hadisə
27 ölkədən biri "yox" desə, Türkiyənin yolu bağlanır - ŞƏRH
15:45 01.07.2026
Dünya
Hakan Fidan: Rusiya-Ukrayna danışıqları birbaşa aparılmalıdır
15:27 01.07.2026
Gündəm
“Xəyali statistika ilə pensiya yaşını artırıblar” - Tural Abbaslı
14:31 01.07.2026
Sosial
At ətini dana əti adı ilə satırlar - İstehlakçılara XƏBƏRDARLIQ
14:20 01.07.2026
Cəmiyyət
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başladı
13:49 01.07.2026
Gündəm
YAP Qadınlar Şurasının keçmiş sədri vəfat edib
13:47 01.07.2026
Cəmiyyət
Çap mediasına dövlət dəstəyi: Müsabiqənin qalibləri məlum oldu
13:45 01.07.2026
Media