XXVII Qış Olimpiya Oyunlarının keçiriləcəyi yer açıqlandı
19:23 24.07.2024
İdman
487
2034-cü il XXVII Qış Olimpiya Oyunları ABŞ-nin Solt Leyk Siti şəhərində keçiriləcək.
Oxu.Az-ın sportbox.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə Parisdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 142-ci sessiyasında keçirilən səsvermə nəticəsində məlum olub.
Bildirilir ki, səsvermə zamanı Solt Leyk Siti üçün sessiyanın 83 iştirakçısı səs verib, 6 səs əleyhinə olub.
"BOK 2034-cü il XXVII Qış Olimpiya Oyunlarının Yuta ştatının Solt Leyk Siti şəhərinə verilməsini elan etməkdən şərəf duyur", - deyə komitədən bildirilib.
Solt Leyk Siti 2034-cü il Oyunlarına yeganə namizəd idi və BOK üzvləri tərəfindən təsdiqlənib.
Sessiya zamanı BOK-un vitse-prezidenti Con Kouts bildirib ki, əgər ABŞ Ümumdünya Antidopinq Agentliyinin (WADA) dopinqlə mübarizədə üstünlüyünü tanımasa, təşkilat 2034-cü il Oyunlarının Solt Leyk Sitidə keçirilməsi ilə bağlı müqaviləni ləğv etmək hüququna malikdir.
Solt Leyk Sitidə Olimpiada 2034-cü ilin fevralında keçiriləcək. 2002-ci ildə şəhər artıq Qış Olimpiadasına ev sahibliyi edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə