Rusiyadan Qarabağla bağlı geri addım: İmtina edildi
Yusif Nəzərli
08:29 01.01.2025
Siyasət
342
Ermənistan növbəti dəfə avantüra ilə məşğuldur. Sülhlə bağlı ilkin şərt kimi irəli sürülən məsələlərdən erməni tərəfi imtina edir. Bu ilk növbədə ATƏT-in Minsk qrupunun ləğvi və Avropa İttifaqının Azərbaycanla şərti sərhəddə yerləşdirilmiş “missiyası” ilə bağlıdır.
Globalinfo.az xəbər verir ki, bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.
“İndiki halda Minsk qrupunu saxlamaq mənasızdır. Təşkilat keçmiş Dağlıq Qarabağ münaqişəsini həll etmək məqsədilə yaradılmamışdı. Bu alət idi. Üç dövlət (ABŞ, Rusiya və Fransa) Cənubi Qafqazda iradələrini qəbul etdirməyə çalışırdılar. 30 illik münaqişə dövründə Minsk qrupu heç bir fundamental sülh təklifi ilə çıxış etməyib”, – deyə o əlavə edib.
Politoloq hesab edir ki, münaqişənin həllindən və Qarabağın azad edilməsindən sonra Minsk qrupuna ehtiyac qalmayıb:
“Artıq Rusiya bunu anlayır. Kreml Qarabağ kartından istifadə edə bilməyəcəyinin fərqindədir. Rusiya-Ukrayna müharibəsindən sonra qrupun digər üzvləri ABŞ və Fransa Rusiyanın mövqeyini dəstəkləmək istəmir. Ona görə də, Moskva həmin təşkilatdan imtina edir”.
Zərdüşt Əlizadəyə görə, Cənubi Qafqazdakı iddialarına nikbin baxan ABŞ və Fransa isə Minsk qrupunu alət kimi itirmək istəmir:
“Qərblə inteqrasiyaya can atan Ermənistan rəhbərliyinə də “Minsk qrupundan imtina etmə” təlimatı gəlib. Ona görə də, Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra qurumdan imtina etməyin mümkünlüyündən danışır. Avropa İttifaqının da “missiyasının” sərhədlərin dəqiqləşməsindən sonra bölgədən çıxmaq ehtimalı gündəmə gətirilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə