Bakıda keçiriləcək “Formula-1 Azərbaycan Qran-Prisi 2026” ilə əlaqədar şəhərin mərkəzi küçələrində yerləşən bəzi parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti dayandırılacaq.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, məhdudiyyət sentyabrın 20-dən 29-dək qüvvədə olacaq.
Sürücülərdən nəqliyyat vasitələrini park edərkən ərazidəki parklanma nişanlarına diqqət yetirmələri və məhdudiyyət tətbiq olunan yerlərdə avtomobillərini saxlamamaları xahiş olunur.