Yeni dəmir yolu xətlərinin tikintisi Bakının ətraf ərazilərində nəqliyyat sıxlığının azalmasına kömək edə bilər.
Sherg.az xəbər verir ki, nəqliyyat eksperti Raqif Raufoğlu Day.Az-a açıqlamasında yeni şəhərətrafı dəmir yolu xəttinin istifadəyə verilməsinin tıxacların azalmasına təsir göstərə biləcəyini bildirib.
Ekspertin sözlərinə görə, qatarların müntəzəm və qrafik üzrə hərəkəti insanların bu nəqliyyat növünə üstünlük verməsinə şərait yaradacaq. O, 1990-cı illərin təcrübəsinin də qatarların şəhər nəqliyyatında effektiv rol oynaya bildiyini göstərdiyini qeyd edib.
Raufoğlu kanat yolunun isə əsasən turistik və əlavə nəqliyyat imkanı kimi nəzərdən keçirilə biləcəyini deyib. Onun fikrincə, Bakı üçün şəhər nəqliyyatında qatarlar daha mühüm və effektiv rol oynaya bilər.