Avqustun 14-də Bakı şəhəri üzrə keçirilmiş hərracda satılmış nəqliyyat vasitələri bəlli olub.
Oxu.Az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinə məxsus, istehsal tarixi 1997-ci il olan "Mitsubishi Galant" avtomobili 3000 manata satılıb.
Hərracda 2007-ci il buraxılışlı, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin avtomobili də ("Nissan Maxima") 3000 manata satılıb.
Bundan başqa, Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatına məxsus "FIAT Doblo" avtomobili isə (buraxılış ili 2010-cu il) 4200 manata satılıb.
Avtomobillərin hərraca çıxarılan ilkin satış qiyməti ilə yekun satış qiyməti eynilik təşkil edib.
Qeyd edək ki, hərrac Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilib.