Dünyanın ən böyük bitkoin zavodu YARADILACAQ


Alman şirkəti "Nothern Bitcoin" bitkoin kriptovalyutası üzrə dünyanın ən böyük mayninq zavodunu açmaq üçün ABŞ-ın "Whinstone" şirkəti ilə bir araya gəldi.

"Sherg.az" fed.az-a istinadən bildirir ki, hazırda ABŞ-ın Texas ştatında müəssisənin tikinti işləri aparılır.

Eləcə də bax: Azərbaycanda bitkoin ferması açılacaq - AÇIQLAMA
Müəssisənin ərazisinə təxminən 40,5 hektar yer ayrılıb. Mayninq zavodunun ilk istifadəçiləri tokenin inkişafı ilə məşğul olan böyük şirkətlər olacaq.  

Qeyd edək ki, tikinti 2020-ci ilin sonunadək başa çatdırılacaq.