FED uçot dərəcəsini aşağı saldı - Koronavirusa görə


ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsinə yenidən baxıb.

Trend-in məlumatına görə, FED uçot dərəcəsini 0,5% bəndi azaldıb və 1-1,25% səviyyəsində saxlayıb.

Məlumatda bildirilir ki, ABŞ iqtisadiyyatı güclüdür. Lakin koronavirus yeni risklərin artmasına zəmin yaradıb. Bu səbəbdən də FED uçot dərəcəsinin 0,5% bəndi aşağı salınmasına qərar verib.

Xatırladaq ki, indiyədək dünyada koronavirusa yoluxanların sayı 92 275-ə çatıb. Bunların 48 451 nəfəri sağalıb, 3 131 nəfəri isə ölüb.