“Təklifi reallaşdırmaq üçün ölkəmizin iqtisadi imkanları var. Ancaq bununüçün müəllimlərə əlavə kompensasiyaların verilməsi daha məqsədəuyğundur”
Tanınmış təhsil eksperti Kamran Əsədov müəllimlərin kommunal xərclərdən azad olunmasını təklif edib. O, qeyd edib ki, pedaqoqların işlərinn çətinliyi və aldıqları əməkhaqqı müqabilində belə bir jest həyata keçirmək düzgün addım olar.
Bəs Azərbaycanın iqtisadi potensialı buna imkan verirmi?
Sualımızı cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli daha optimal variant təklif etdi:
“Əlbəttə, bu, müsbət təşəbbüsdür. Təklifi reallaşdırmaq üçün ölkəmizin iqtisadi imkanları var. Ancaq mexanizmin necə həyata keçiriləcəyi haqqında dərindən düşünmək lazımdır. Çünki Kamran müəllimin dediyi kimi olsa, hesabatlılıq problemi yarana bilər. Buna görə kommunal xərclərin ödənilməsi üçün müəllimlərə əlavə kompensasiyaların verilməsinin daha məqsədəuyğun olacağını düşünürəm”.