Musa Quliyev: "Milli valyutamıza dəstək verməliyik"

“Dolların qalxması və ya neftin ucuzlaşmasının uzun müddət davam etməsi barədə deyilən nəzəri və fantastik fikirlərə ehtiyac yoxdur”.
“Sherg.az” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Deputatın sözlərinə görə,  baş verən proseslərə Azərbaycan Prezidentinin nəzarətindədir və  baş verən proseslərə adekvat olaraq müvafiq addımlar atılır: 

“Bir də ki, neftin qiymətinin enməsi koronavirusla bağlıdır və problem 1-2 ay müddətinə aradan qalxacaq.  Çünki neftin qiymətinin enməsinin heç bir elmi əsası yoxdur. O baxımdan əmanətlərin 3 il müddətinə uzadılmasına da ehtiyac yoxdur”.

Komitə sədri onu da deyib ki, əgər  zərurət yaranarsa, parlament məsləyə yenidən baxıb, müddəti uzada  bilər: 

“Bəzi qüvvələr tərəfindən əhali arasında məqsədli olaraq ajiotaj yaradılır. Azərbaycan hökumətinin problemin həlli ilə bağlı yetərincə imkanları olduğundan əhali arasında ajiotajın yaranmasına ehtiyac yoxdur”. 

M.Quliyev onu da əlavə  edib ki, bu məslədə bir milli-mənəvi  məqamlar var və biz bunun üzərində işləməliyik: 

“Yadınızdadırsa.  Bir müddət əvvəl Türkiyədə dollar problemi yarananda  evində 100 dolları olan belə gedib dollarını milli valyutaya çevirməklə Türk lirəsinə dəstək verdi. Odur ki, biz də belə bir addım atmaqla milli valyutamıza dəstək verməliyik. Bu işdə media da öz töhfəsini verməlidir”.