“Koronavirus turizm və nəqliyyat kimi sahələrə ciddi təsir göstərəcək”.
“Sherg.az” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İqtisadi Tahir Mirkişili deyib.
Deputat vurğulayıb ki, bütün dünyada olduğu kimi bu virusun Azərbaycanda da sahibkarlıq subyektlərinə təsirsiz ötüşməyəcəyi məlumdur:
“Azərbaycanda sahibkarlıq fəaliyyətinin dəstəklənməsi dövlət siyasətidir. Bu vəziyyətdən sahibkarların ən az ziyanla çıxması üçün sahibkarların da bir-birinə tətbiq edəcəyi güzəştlər önəmlidir”.