Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovun verdiyi məlumata görə, imkansız vətətəndaşlara yardım ediləcək. O, bu barədə deyib:
“Bu dövrdə günəmuzd işləyən imkansız vətəndaşlarımız var. Onlar heç də narahat olmasınlar”.
Qurumun rəsmisi, həmçinin sosial müdafiə ilə bağlı paketin müzakirəsinin son mərhələsi olduğunu deyib:
“Bu kateqoriyadan olan vətəndaşlar dövlətin himayəsindədirlər. Düşünməsinlər ki, dövlət onları unudub”.
İ.Məmmədovun açıqlaması ilə bağlı “Sherg.az”a danışan iqtisadçı-ekspert Ruslan Atakişiyev bildirib ki, bu, iki meyarla reallaşa bilər:
“Yardımın nə qədər olmasını ya ehtiyac meyarla, ya orta aylıq əməkhaqqı ilə müəyyənləşdirəcəklər. İstənilən halda dörd nəfərlik bir ailəyə təxminən 1000 manatlıq yardım ayrılacaq. Əslində, bu zəruridir. Əgər dövlət əhaliyə evdən çıxmamağı, işə getməməyi tapşırırsa, gərək ailələrin tələbatını ödəsin”.