“Çünki insanların istehlakı və dolanması üçün şərait yaratmaq lazımdır. Məsələ mütləq şəkildə həllini tapmalıdır. Dövlət bu sahədə tədbirlər görməyə davam edir”
Koronavirusla bağlı iqtisadi sektorlar və sahibkarlar üçün geniş dövlət dəstəyi proqramı hazırlanıb. Həmin proqramda müxtəlif məsələlər öz əksini tapıb. Proqrama görə, 300 mindən çox işçinin əmək haqqının bir hissəsini dövlət ödəyəcək. Dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalanacaq.
Proqramı şərh edən iqtisadçı-ekspert Azər Mehdiyev “Sherg.az”açıqlamasında bildirib ki, dövlətin karantin rejimi ilə bağlı dəstək proqramında elan etdiyi vəsait kifayət qədər böyükdür. İqtisadçının sözlərinə görə, proqramda elan olunan istiqamətlər də olduqca maraqlıdır:
“Dövlət dəstəyi proqramının sahibkarlar üçün xüsusi önəmi var. Elə bir vəziyyət yaranıb ki, sahibkarlığın dəstəklənməsindən qabaq əhalinin dəstəklənməsi əhəmiyyət daşıyır. Əhalinin bütün təbəqələrinin karantin dövründə işə çıxa bilməməsi, gəlir mənbələri gündəlik müxtəlif cür işlərdən çıxan şəxslərin də işsız qalması baş verdi. Vətəndaşların dəstəklənməsi hələ də gündəmdədir. Çünki insanların istehlakı və dolanması üçün şərait yaratmaq lazımdır. Məsələ mütləq şəkildə həllini tapmalıdır. Ona görə də dövlət bu sahədə tədbirlər görməyə davam edir”.