“Beş hektara qədər torpağı olan kəndlilərdən sosial sığorta haqqı alınmamalıdır”
“Sherg.az”ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Əli Məsimli deyib.
Deputat bildirib ki, qanun layihəsində bu insanlar nəzərə alınmalıdır:
“Beş hektara qədər torpağı olan insanlara ünvanlı sosial yardım verilməlidir, onlar məşğul əhali siyahısından da çıxarılmalıdır. Çünki bu torpaqdan hansısa gəlir götürmürlər. Onların əldə etdiyi gəlir icbari sosial sığorta haqqı ödəməyə imkan vermir. Ona görə də beş hektara qədər torpağı olan kəndlilərlə bağlı hissə bu qanun layihəsindən çıxarılmalıdır”.