Dünya bazarında neftin qiyməti artıb.
“OilExp” xəbər verir ki, WTI markalı neftin iyul fyuçersləri 1,91% yüksələrək, bir barel üçün 40,46 dollar təşkil edib.
“Brent” markalı neftin avqust fyuçersləri 1,94 faiz bahalaşaraq, bir bareli 43,01 dollara satılıb.
Beləliklə, “qara qızıl”ın qiyməti mart-aprel aylarında qeydə alınmış göstəricilərlə müqayisədə, təxminən 140% yüksəlib.
Xatırladaq ki, həmin vaxt “Brent” markalı neftin qiyməti 20 dollardan aşağı düşmüşdü.