“Nəzərə almaq lazımdır ki, vətəndaş malını istədiyi qiymətə sata bilər”
Saytlarının birində verilən elan qiyməti diqqət çəkib. Belə ki, vətəndaş “Toyota” markalı maşınını 11.500 manata satdığını bildirib. Və əlavə edib ki, ilkin ödəniş 6 min manatdır. Qalan 5500 yüz manatı isə aylıq 650 manat olmaqla 50 faizə vurularaq 15 aya qədər kreditə salmaq mümkündür. Əlbəttə, bu, insanda ikrah hissi doğurur. 50 faizlik də kredit olar?!
İqtisadçı-ekspert Əkrəm Həsənov isə “Sherg.az”a danışarkən bildirib ki, bu, o qədər də təəccüblü deyil:
“Biz ticarət şəbəkələrinin kreditlərinin ucuz olduğunu düşünürük. Halbuki belə deyil. Onların kredit faizləri, bəlkə də, daha çoxdur, 60-70 faizdir. İndi əgər iri ticarət şəbəkələri belə edirsə, adi vətəndaş niyə etməsin? Üstəgəl, nəzərə almaq lazımdır ki, vətəndaş malını istədiyi qiymətə sata bilər. Düzdür, 50 faizlik kredit çoxdur, amma qanuna zidd deyil. Hər gün, hər yerdə ticarət mərkəzlərinin yüksək faizlərlə kredit verdiyini nəzərə alsaq, deməli, vətəndaşı ittiham etmək olmaz”.