Neft ucuzlaşdı: Təsir edən amillər sadalandı

Dünya bazarında neftin qiymətləri düşməkdə davam edir. RT xəbər verir ki, WTI markalı neftin oktyabr fyuçersləri 0,27 faiz azalaraq bir bareli 37,20 dollara (63,24 manat) düşüb.
“Brent” markalı neftin noyabr ayına olan fyuçersləri 0,40 faiz azalaraq bir bareli 39,90 dollara (67,83 manat) qədər azalıb.

Ucuzlaşmanın səbəblərini “Sherg.az”a şərh edən Neft Araşdırmalar Fondunun rəhbəri İlham Şaban neftin qiymətinə təsir edən məqamları sadalayıb:

 “Xarici KİV-də koronavirus pandemiyası ilə bağlı ikinci dalğa xəbərdarlığı yayılıb.  Bu, ABŞ və Çin arasındakı müharibə kimi qiymətləndirilir. Onu da deyim ki, oktyabrdan etibarən neftin qiymətində endirim kampaniyaları başladı. Beləliklə, həftənin əvvəlindən etibarən neft dəyərini yeddi faiz itirdi. Gələcəkdə vəziyyətin necə olacağını isə indidən demək mümkün deyil”.