“Ərzağın bahalaşması ilin sonunadək davam edəcək”

“Bahalaşma ilin sonunadək davam edəcək. Bunun obyektiv və subyektiv səbəbləri var”.
 Bu sözləri ReAL partiyasının icraçı katibi, iqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycanda davam edən bahalaşma dalğası barədə “Sherg.az”a danışarkən dedi. O, həmçinin qiymət artımına təsir edən məqamları sadaladı: 
“Dünyada ərzaq indeksi bahalaşıb.

Bu, obyektiv amildir. İkinci bir tərəfdən isə ilin əvvəlində dizel yanacağının qiymətinin artması bahalaşmaya da təsir göstərdi. Xaricdən gələn məhsulların bahalaşması isə lojistik xərclərin çoxalması ilə əlaqəlidir.

Həmçinin gömrük orqanlarında ciddi problem var. Gömrük Komitəsi hər ay fəxrlə plandan daha artıq vəsait yığdığını açıqlayır.

Bu, o deməkdir ki, gömrüyün son ödəyicisi vətəndaşdır. Başqa sözlə, Gömrük Komitəsinin  daha çox vəsait yığması insanların mal və xidmətləri daha baha qiymətə alması ilə nəticələnir”.