Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi cüzi artıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın MDB ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2% artaraq 2,386 mlrd. ABŞ dollarına çatıb.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabatı əsasında apardığı hesablamalarına görə, bu müddət ərzində ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 10,1% artaraq 891,376 mln. dollar, idxal isə 2,3% azalaraq 1,495 mlrd. dollara enib.

Nəticədə, cari ilin ilk yeddi ayında 603,683 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb. Bu, 2020-ci ilin analoji dövrü ilə müqayisədə 16,2% azdır.