Azərbaycanın neft məhsullarının ixracından gəlirləri iki dəfə artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 393 743,8 min ABŞ dolları dəyərində 861 656,48 ton neft məhsulları ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2 dəfədən çox, həcmi isə 22,1% artıb.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə Azərbaycan 162 928,54 min dollar dəyərində 606 553,31 ton neft məhsulları ixrac edib.