Azərbaycan qaz ixracından gəlirlərini kəskin artırıb

Cari ilin yanvar-iyul aylarında Azərbaycan 2 014 914,97 min ABŞ dolları dəyərində 12 061 122,84 min kubmetr təbii qaz ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 35,4%, həcmi isə 56,4% çoxdur.

Xatırladaq ki, ötən ilim yanvar-iyun aylarında Azərbaycan 1 259 994,58 min dollar dəyərində 6 599 269,12 kubmetr qaz ixrac edib.