Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 3% azalıb

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 2,502 mlrd. ABŞ dollar təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 2,9% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycandan Türkiyəyə ixracın həcmi 1,540 mlrd. dollar, idxalı isə 962,355 mln. dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 9,9% azalıb, idxal isə 10,8% artıb.

Nəticədə, 2021-ci ilin yanvar-iyul aylarında 577,251 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 31,4% azdır.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 4,161 mlrd. ABŞ dolları təşkil edib, bu da 2019-cu ilə müqayisədə 7,7% azdır.

Xatırladaq ki, Azərbaycan və Türkiyə 2023-cü ildə qarşılıqlı ticarət dövriyyəsinin həcmini 15 mlrd. dollara çatdırmaq niyyətindədir.