Bu il Azərbaycanın Rusiyaya ixracı 13% artıb

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 1,549 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,3% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Rusiyaya ixracın həcmi 486,550 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 13% çoxdur. İdxal isə 1,063 mlrd. dollara bərabər olub. Bu göstərici illik ifadədə 1,9% azalıb.

Nəticədə, 2021-ci ilin ilk yeddi ayında 576,373 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici illik müqayisədə 11,7% azalıb.