Bu ilin II rübündə Avrozona iqtisadiyyatı 2% böyüyüb - CƏDVƏL

Cari ilin II rübündə Avrozona iqtisadiyyatı ilk rübü ilə müqayisədə 2% artıb.

"APA-Economics"in "Eurostat"a istinadən verdiyi məlumatına görə, ötən ilin eyni rübü ilə müqayisədə isə Avrozonada ÜDM istehsalı 13,6% artıb. Əmək bazarına gəldikdə, regionda məşğulluq II rübdə rüblük müqayisədə 0,5%, illik müqayisədə isə 1,8% yüksəlib.