SOCAR Ukrayna MN üçün aviasiya yanacağının əsas tədarükçüsü seçilib

“SOCAR Ukraine” Ticarət Evi Ukrayna Müdafiə Nazirliyi üçün 13,25 min ton aviasiya yanacağı tədarük etmək hüququ qazanıb.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukrayna bölməsi kerosin üçün 333 milyon qrivna (13 milyon ABŞ dollarından çox) əldə edəcək.

Ümumilikdə Ukrayna Müdafiə Nazirliyi üçün 24,46 min ton aviasiya yanacağı tədarük ediləcək. Tenderin qalan hissəsini “Okko Kontrakt”, “Lüks Kraїna” və “Ekson YUK” kimi treyderlər qazanıblar.

Müdafiə Nazirliyi, Belarusun "Naftan" ASC tərəfindən istehsal edilən RT tipli yanacağın və ya Litvanın "Orlen Lietuva" və Ukraynanın "Ukrtatnafta" tərəfindən istehsal edilən "Jet A-1" tipli yanacağın tədarükün olmasının vacibliyini qeyd edib.