Azərbaycanda əmtəəlik qazın hasilatı 11% artıb

Cari ilin yanvar-iyul aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 17,3 mlrd. manat olub, bu da illik müqayisədə 2,3% azdır.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 20 058,6 min ton, əmtəəlik təbii qaz hasilatı isə 17 756,9 mln. kub metr təşkil edib.

Əmtəəlik neft hasilatı 2,3% azalıb, əmtəəlik qaz hasilatı isə 11,1% artıb.

Məlumata görə, hesabat dövründə ölkədə 20 096,2 min ton neft (2,6% azalma) və 24 085,4 mln. kubmetr qaz (7,8% artım) hasil edilib.