Türkiyə bir pillə yüksəldi:Ən çox qızıl ehtiyatına malik ölkə ABŞ-dır

Dünya Qızıl Konseyi (World Gold Council-WGC) ən çox qızıl ehtiyatına malik ölkələri sıralayıb. İlk 40 pillədə Türkiyə 14-cü sıradan 13-cü sıraya yüksəlib. Və dünənədək önündə gedən Tayvanı arxada qoyub. 
“Milliyet.com.tr” xəbər verir ki,  DQK-nin hesabatına görə, hazırda Türkiyənin qızıl ehtiyatı 431,1 tondur. Siyahıya 8.133.5 ton qızılla ABŞ liderlik edir. İkinci sırada Almaniya, üçüncü isə BVF-dir. İlk üçlükdə hələ ki, dəyişiklik yoxdur.
 Rusiya 6-cı sıradadır. Qazaxıstan, Özbəkistan, hətta Səudiyyə Ərəbistanı da Türkiyədən sonra qərarlaşıb. Sonuncu – 40-cı pillədə İraqdır.