Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, professor Ceyran Mahmudovanın göstərişiylə əməkhaqları artırılıb.
"Sherg.az" xəbər verir ki, bu barədə qərar fevralın 6-sı Elmi Şuranın iclasında təsdiq olunub.
Qərara əsasən, ADMİU-nun əməkdaşlarının sosial rifahının yaxşılaşdırılması və əməyinin stimullaşdırılması məqsədilə ştat cədvəli üzrə aylıq vəzifə maaşları martın 1-dən etibarən 15 faiz artırılır.
İclasda Elmi şura üzvlərinin təklifi ilə onların ilk maaş artımı YAŞAT Fonduna ianə ediləcək.