Türkiyənin iyun ayında idxal etdiyi qazın həcmi 2 mlrd. 332 mln. 420 min kubmetr olub.
“APA-Economics” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Məlumata görə, iyunda idxal olunan ən çox təbii qazın həcmi Azərbaycandan olub.
Belə ki, qeyd olunan dövrdə Azərbaycandan qardaş ölkəyə 743 mln. 680 min kubmetr qaz ixrac olunub ki, bu da ötən illə müqayisədə 2% artım deməkdir.
Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr siyahısında Rusiya ikinci (707 mln. 520 min kubmetr), İran isə üçüncüdür (419 mln. kubmetr). Bu iki ölkədən qaz idxalı müvafiq olaraq 58,1% və 50,9% azalıb.