Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2023-cü il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu pisləşdirib, 2024-cü il üçün isə dəyişməyib.
OPEC-in proqnozuna görə, 2023-cü ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının təqribən 700 min barel səviyyəsində olacağı proqnozlaşdırılır. Bu da illik müqayisədə 20 min barel azalma deməkdir və öncəki artım tempi üzrə proqnoz göstəricidən 10 min barel çoxdur.
Qeyd olunur ki, proqnozun azalmaya doğru korrektə edilməsi avqust ayında əsas neft yataqlarında hasilatın gözləniləndən aşağı olması ilə əlaqədardır.
Hesabata əsasən, 2024-cü il üçün Azərbaycanda maye karbohidrogenlərin gündəlik hasilatı stabil olaraq 0,7 mln. barel səviyyəsində qalacaq (proqnoz dəyişməyib).
Qeyd olunur ki, 2022-ci ildə sözügedən göstərici orta hesabla 700 min barel səviyyəsində olub, bu da illik müqayisədə 65 min barel azdır.