Türkiyədə dollar rekord həddə bahalaşıb

Türkiyə lirəsi (TL) dollar qarşısında tarixi minimumunu yeniləyib.
"APA-Economics"in məlumatına görə, dekabrın 14-də birjalarda Dollar/TL məzənnəsi rekordunu yeniləyib, 29,05 səviyyəsinə qədər yüksəlib. Başqa sözlə, TL təkcə bu gün dollar qarşısında 0,2% dəyər itirib. Son altı ayda isə Türkiyədə dollar lirə qarşısında 23%-dən çox bahalaşıb.
Türkiyə Mərkəzi Bankı isə dolların bugünkü məzənnəsini alış üzrə 29.00 TL, satış üzrə 29.05 TL müəyyən edib.