Azərbaycanda bank sektorunun mənfəəti 1 mlrd. manata yaxınlaşıb

2023-cü ilin yanvar-noyabr aylarında banklar 997.4 mln. manat xalis mənfəət əldə edib.
Sherg.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 16% çoxdur.

Hesabat dövrü üzrə bank sektoru 1,521.2 mln. manat məbləğində əməliyyat mənfəəti əldə edib.

2023-cü ilin 11 ayında banklar tərəfindən 131.3 mln. manat məbləğində mənfəət vergisi ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29.5% və ya 57.9 mln. manat daha çoxdur.