Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ildə ölkədə real iqtisadi artım tempinin 3-3,5% civarında olmasını gözləyir.
Bu barədə pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.
Məlumata görə, o cümlədən qeyri-neft-qaz sektorunda 5-5,5% civarında iqtisadi artım proqnozlaşdırılır.
Qeyd olunub ki, növbəti ildə də işğaldan azad edilmiş ərazilərdə iri miqyaslı bərpa-quruculuq işləri iqtisadi artıma müsbət impulslar verəcəkdir. Ölkədə makroiqtisadi sabitliyin qorunması iqtisadi artım proqnozunun reallaşmasının əsas şərtlərindən biri olaraq qalacaqdır. Hökumətin, beynəlxalq maliyyə-kredit təşkilatlarının və aparıcı reytinq agentliklərinin də Azərbaycandakı iqtisadi artımın perspektivləri ilə bağlı gözləntiləri nikbindir.