Dolların alışı artıb -Ekspert səbəbləri AÇIQLADI

“Bu ay Azərbaycanda rekord məbləğdə dollar satılıb. Dekabrın hələ bitməməsinə baxmayaraq yalnız Mərkəzi Bankın hərracları vasitəsi ilə geridə qalan günlərdə 603.8 milyon dollar satılıb”.
Bunu deputat Vüqar Bayramov deyib.
 “Noyabr ayı - 234.7 milyon dollar; oktyabr- 202.6 milyon dollar; sentyabr- 164.5 milyon dollar; avqust- 93.9 milyon dollar; iyul- 272,7 milyon dollar; iyun- 78,9 milyon dollar; may- 277,2 milyon dollar; aprel- 286 milyon dollar; mart-383,9 milyon dollar; fevral- 356,6 milyon dollar və yanvar- 188,5 milyon dollar. 2023-cü ilin geridə qalan dövründə isə Mərkəzi Bankın hərraclarında bütövlükdə 3 milyard 143 milyon dollarlıq sifariş yaranıb. Göründüyü kimi, mövsümü və digər səbəblərdən bir sıra aylar, xüsusən də dekabr ayında dollara tələbin artması müşahidə edilməkdədir.

Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, ilin sonunda dolların satışı artır:

"Bunun səbəbi isə sahibkarlar tərəfindən xarici valyutaya tələbin artmasıdır. Hansı ki, onlar xarici ölkələrdən mal və xidmətlər alırlar. Bağlanılan müqavilələrin əksəriyyətində ödənişlər ilin sonunda olur. Ona görə də xarici valyutalardan daha çox istifadə edirlər. Eyni zamanda bayramla əlaqədar xaricə istirahətə gedənlər artdığına görə, xarici valyutaya tələb də çoxalır.