Azərbaycanda valyuta əməliyyatlarının vahid informasiya sistemi yaradılacaq.
"APA-Economics"in məlumatına görə, Mərkəzi Bank (AMB) bununla bağlı “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”ni təsdiq edib. Qərara əsasən, informasiya sisteminə valyuta mübadiləsi əməliyyatları barədə məlumatlar 2024-cü il 1 mart tarixindən, Azərbaycandan kənara xarici valyutanın köçürülməsi əməliyyatları barədə məlumatlar isə 2024-cü il 1 iyul tarixindən təqdim edilməlidir.