Vüqar Bayramov: Azərbaycanda üzən məzənnə rejiminə keçilməyib

Manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarlarından asılıdır


  Valyuta hərraclarında dollara tələbin yenidən yüksəlməsi müşahidə olunub. Ötən gün keçirilən hərracda 78.7 milyon dollarlıq sifariş qeydə alınıb. 3 gün öncə isə daha 64.2 milyon dollar satılmışdı. Bu, son 2 hərracda 142.9 milyon dolların satılması deməkdir. Qeyd edək ki, yanvar ayının 25 və 23 tarixlərində keçirilən hərraclarda sifariş ayrı-ayrılıqda 50 milyon dollara çatmırdı. Bu isə ondan xəbər verir ki, son günlər dollara tələb artıb. Ekspertlərə görə, bunun psixoloji tərəfləri olsa da, valyuta bazarında volatillik ehtimalı ilə bağlı yayılan xəbərlər də tələbi gücləndirir. Bu baxımdan, Mərkəzi Bankın kommunikasiyadan daha aktiv şəkildə istifadə etməsi çox vacibdir.
 
 Millət vəkili Vüqar Bayramov "Sherg.az"a deyib ki, Azərbaycanda idxalın artması dollara tələbi yüksəldir: