Başa çatdırılmış səmərəlilik auditləri və digər auditlərlə əhatə olunan qurumlar tərəfindən ümumilikdə 156,8 milyon manat məbləğində səmərəsiz xərclərə yol verildiyi müəyyən olunub.
Bununla bağlı ya Hesablama Palatasına səlahiyyət verilməlidirBu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatı”da qeyd olunub.
Belə ki, 1,1 milyon manat yararlılıq müddəti bitmiş və ya bitməyə az qalmış dərman və digər tibbi vasitələrin alınmasına, 42 milyon manat istifadəsiz qalmış avadanlıq və ya mallara, 24,6 milyon manat ehtiyac olmadığı halda fəaliyyətin və ya satınalmanın keçirilməsinə və s. xərclənib.
Məasələni dəyərləndirən bank məsələləri üzrə ekspert, iqtisadçı Əkrəm Həsənov "Sherg.az"a bildirib ki, göstərilən statistika hələ azlıq təşkil edir:
Səmərəsiz o demək deyil ki, onlar düzgün hesablamanı apara bilmirlər. Bunun adı yeyintidən başqa bir şey deyil. Yəni, qiymətləri şişirdirlər, lazım olmayan, alınmayanlar hesabatda təqdim olunur. Həmin qurumların rəhbərləri faktiki saxta müqavilə bağlayırlar. Müəyyən məbləğdə vasaiti həmin şirkətlərə ödəyirlər. Guya, onlar məhsul satır və yaxud xidmət göstərirlər. Qalan faiz isə rəhbərlərə ötürülür. Qiymətlər həddən artıq şişirdilir. Belə ki, 10 manatlıq məhsulu 15 manata yazırlar. Buna atkat deyirlər. Yəni korrupsiyadır. Xüsusi ilə bu dövlət satınalmalarında kifayyət qədər geniş yayılıb. Amma bəzən özəl şirkətlərdə, şirkəti birbaşa idarə etməyən şəxslər də özbaşnalıq edirlər. Səbəb isə qeyri-şəffaflıqdır".
İqtisadçı ekspert, Natiq Cəfərli isə söyləyib ki, səmərəsizliyin satınalmalarda, təmir işlərində və yaxud nəzərdə tutulmayan xərclərdə olub-olmadığı barədə detallı məlumat yoxdur:
"Hər bir halda büdcə vəsaitinin xərclənməsində korrupsiyaya yol verilirsə, bu araşdırılıb günahkarlar cəzalandırılmalıdır. Hesablama Palatası bundan öncə də bu tip yoxlamalar aparıb, lakin cəzalandırılanlar yoxdur. Ümid edək ki, cəzalandırılma mexanizmi işə düşəcək. Bununla bağlı ya Hesablama Palatasına səlahiyyət verilməlidir, ya da verilən qərarlarla İstintaq Orqanları araşdırma aparmalıdır. Əslində bu barədə qanunda əsas var. Ancaq geniş deyil. Ona görə də bu sahədə qanunvericilikdə dəyişiklik edilməsinə ehtiyac var".