İpək Yolunun ayrılmaz hissəsi olan Orta Dəhliz vasitəsilə idarə olunan nəqliyyatın həcmində davamlı artım müşahidə olunur.
“APA-Economics” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Tacikistan biznes forumunda çıxışı zamanı deyib.
O bildirib ki, 2023-cü ildə bu marşrutla daşınan yüklərin həcmi 86% artaraq 2,7 milyon ton təşkil edib.
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşən Ələt Azad İqtisadi Zonası beynəlxalq investorlarla işgüzar əlaqələrə hazırdır", - deyə nazir əlavə edib .