2024-cü ilin yanvar ayının 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) aktivləri 34 milyard 793,463 milyon manat təşkil edib.
“APA-Economics” AMB-NİN maliyyə hesabatına istinadən xəbər verir ki, bu göstərici ötən il yanvarın 1-nə nisbətən 12,7 % çoxdur. Belə ki, 2023-cü ilin yanvar ayının 1-nə AMB-nin aktivləri 30 milyard 860, 987 milyon manat təşkil edib.