Son illər qlobal səviyyədə dövlət borcları artmaqda davam edir. Buna təsir edən əsas amillərdən biri də pandemiya olub.
Bunu “APA-Economics”ə açıqlamasında INTOSAI-nin Dövlət Borcu üzrə İşçi Qrupunun sədri, Filippin Ali Audit qurumunun rəhbəri Qamaliel Kordoba deyib. O bildirib ki, hazırda hökumətlərin qarşısında duran əsas vəzifə dövlət borcunun düzgün istifadə edilməsidir. Ali audit qurumlarının bu baxımdan fəaliyyəti əhəmiyyətlidir.
O bildirib ki, INTOSAI-nin Dövlət Borcu üzrə İşçi Qrupunun illik toplantısı da dövlət borcunun auditi ilə bağlı beynəlxalq maliyyə təşkilatları və dövlətlərin təcrübələrinin öyrənilməsi baxımından önəmlidir:
“INTOSAI-nin hər bir üzvü ən uğurlu təcrübələrini paylaşır. Bu isə digər ölkələrə dövlət borcunun doğru idarə edilməsində üst səviyyə təcrübələrdən yararlanmaq imkanı verir”.