Azərbaycanla Macarıstan arasında dərin dostluq var və biz enerji sahəsində çox yaxın əməkdaşlıq edirik.
Bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda çıxışı zamanı "MVM Group"un CEO-su Karoly Tamas Matrai deyib.
O bildirib ki, Macarıstan üçün təbii qaz çox vacibdir.
"Azərbaycanla əməkdaşlıq etdiyimiz üçün fəxr edirik. Dünən biz SOCAR-la çox önəmli müqavilə imzaladıq. Macarıstanın dövlət şirkəti MVM artıq Şahdənizdə 5% paya malikdir"- Karoly Tamas Matrai əlavə edib.