Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli' (AÇG) neft-qaz yataqlarında neftvermə əmsalını 50%-ə çatdırmaq olar.
Bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda çıxışı zamanı SOCAR-ın vitse-prezidenti Babək Hüseynov bildirib.
Onun sözlərinə görə, hazırda bu göstərici 30-40% təşkil edir, lakin bunu 50%-dək artırmaq imkan var.
2Hazırda burada neftvermə əmsalı 30-40%-dir, lakın biz istəyirik ki, bu göstərici daha yüksək olsun, onu 50%-ə çatdırmaq istəyirik. Yataqların artıq 30 ildir istismar edilməsinə baxmayaraq, AÇG-də neftvermə əmsalını artırmaq üçün imkanlar var, burada çox yüksək keyfiyyətli quyular mövcuddur”, - Babək Hüseynov əlavə edib.