Azərbaycanda buzlaqların əriməsinin qarşısını 50 %-ə qədər azaltmaq olar. Bunun üçün istixana qazı emissiyalarınn azaldılması ilə bağlı işlər görülməlidir.
Bunu Azərbaycanda səfərdə olan Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava ADA Universitetində çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycanda iqlim dəyişiklikləri dağ buzlaqlarının əriməsinə səbəb olur. Bu isə su ehtiyatlarının azalmasına təsir edir. Su təhcizatının pozulmasından xüsusilə də əhali və həssas qruplar daha çox zərər çəkə bilər.
“Ekoloji problemlərə qarşı birlikdə fəaliyyət göstərməliyik. Bəzi insanlar qlobal istiləşməni uzaq gələcək üçün təhdid hesab edə bilər. Ancaq bu belə deyil və qlobal istiləşmə artıq gəlişi ilə bağlı təhdid mesajları verir. Azərbaycanda da iqlim dəyişiklikləri ilə bağlı təhdidlər var. İqlim dəyişikliyi Azərbaycanda ön sıralardadır”- AİB-in prezidenti əlavə edib.