Sahibə Qafarova İran İslam Şurası Məclisinin sədri ilə görüşüb
Yusif Nəzərli
05:50 20.02.2025
Gündəm
345
Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 15-ci plenar iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Görüşdə tədbirin Bakının evsahibliyi ilə yüksək səviyyədə təşkil olunduğu vurğulanaraq, bu cür tədbirlərin həm bir sıra ciddi qlobal məsələlərin müzakirəsi baxımından mühüm platforma olduğu, eyni zamanda təşkilata üzv ölkələr arasında münasibətlərin də müzakirəsi üçün yaxşı imkan yaratdığı qeyd edilib.
Söhbət zamanı bu səfərin Məhəmməd Baqer Qalibafin ölkəmizə ilk səfəri olduğu və bu səfərin münasibətlərimizin inkişafına töhfə verəcəyi ilə bağlı inam ifadə edilib. Bildirilib ki, Azərbaycan və İran xalqları ortaq tarixi, dini və mədəni dəyərləri bölüşür. Bu, ölkələrimiz arasındakı bugünkü münasibətlərin əsasını təşkil edir və münasibətlərin daha da genişləndirilməsi üçün yaxşı təməldir.
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın xarici siyasətinin prinsiplərinə, müasir beynəlxalq münasibətlər sisteminə dair baxışları ilə bağlı Prezident İlham Əliyevin fikirlərini xatırladaraq, deyib ki, bu prinsiplər dostluq, bir-birinin daxili işlərinə qarışmamaq, beynəlxalq öhdəliklərə riayət etmək, qarşılıqlı hörmət nümayiş etdirmək kimi prinsiplərdir. Spiker Sahibə Qafarovanın sözlərinə görə, dövlət başçımız Azərbaycanla qonşuları arasında mehriban qonşuluq və qarşılıqlı anlaşma şəraitində birgə fəaliyyətə, qarşılıqlı faydalı əməkdaşlığa böyük əhəmiyyət verir. Eyni regionda yerləşən, qonşu olan ölkələrin bir-birinə qarşılıqlı etimadı, əməkdaşlığı yalnız onların hər birinə fayda gətirər. Elə Azərbaycan-İran münasibətlərinin hazırki vəziyyəti də bunu təsdiq edir. Vurğulanıb ki, təxminən son bir ayda həyata keçirilmiş səfərlərə, görüşlərə, danışıqlara nəzər yetirsək, iki ölkə arasında əməkdaşlıq gündəliyinin çox zəngin olduğunu görərik. Bütün bu təmaslar, danışıqlar ikitərəfli əlaqələrin inkişafına böyük təkan verir.
İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, Asiya Parlament Assambleyasının Milli Məclisin ev sahibliyi ilə Bakıda keçirilən 15-ci plenar sessiyasının önəmini vurğulayaraq, müzakirəyə çıxarılan qərarların əhəmiyyətindən danışıb. Qonaq, ölkəsinin bütün qonşu dövlətlərlə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu, bu siyasətdə Azərbaycanın xüsusi yer tutduğunu qeyd edib, gələcəkdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün səylərin artırılacağına əminliyini ifadə edib.
Görüşdə dövlətlərarası münasibətlərin mühüm bir istiqaməti kimi parlamentlərimiz arasında da əlaqələrin genişləndirilməsi, beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq məsələləri də nəzərdən keçirilib.
Söhbət zamanı, həmçinin bu gün Cənubi Qafqaz regionunda mövcud olan yeni imkanlar və perspektivlər barədə də danışılıb. Bu baxımdan, Azərbaycanın təşəbbüsü ilə yaradılan "3+3" əməkdaşlıq formatının əhəmiyyəti qeyd edilib. Bildirilib ki, regiondan kənar xarici qüvvələrin regiona cəlb edilməsi isə yaxşı heç nə vəd etmir. Məhəmməd Baqer Qalibaf da İranın "3+3" platformasını tam dəstəklədiyini, bu formatın regionda sülhə və sabitliyə, həmçinin siyasi-iqtisadi əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. Qeyd olunub ki, regiona kənar ölkələrin cəlb olunması qəbuledilməzdir.
Görüşdə, həmçinin regiondakı nəqliyyat bağlantılarının, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin və Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək yol bağlantısının əhəmiyyəti xüsusi vurğulanıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynaya 28 milyard ayrılacaq - Leyen
02:42 28.05.2026
Dünya
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks