
Zelenski ağıllı davranaraq Trampın təklifi ilə razılaşmalıdır: Onun başqa çarəsi yoxdur!
12:35 24.02.2025
Dünya
407
Ukraynasız müharibəni bitirmək mümkün deyil. Əgər ABŞ Ukraynasız Rusiya ilə razılığa gəlsə, o zaman Kiyevin təsdiqləmədiyi sövdələşmə uğurlu olmayacaq.
Bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski mətbuat konfransında deyib.
“Ukrayna üçün pis olan heç bir şeyə imza atmayacağam... Müharibənin Ukraynasız, qurbansız başa çatması mümkün deyil. Əgər Amerika - mən buna inanmıram, amma hər şey ola bilər - bizsiz ruslarla bizim haqqımızda razılığa gəlsə və bu müqavilənin şərtlərini biz təsdiq etməsək, bu razılaşma uğurlu olmayacaq”, - Zelenski bildirib.
Zelenski əlavə edib ki, Trampın Rusiya diktatoru Vladimir Putinlə görüşündən öncə ABŞ prezidenti ilə görüşmək istərdi:
“Əgər Tramp birinci Putinlə görüşsə, Amerika xalqı bunu başa düşməyəcək”.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, Zelenskinin son açıqlaması başadüşüləndir. O, təkcə mövcud vəziyyəti dəyərləndirmir, həm də öz narahatlığını ifadə edir:

"Səudiyyə Ərəbistanında keçirilən görüşü, istənilən halda, Rusiya-Ukrayna müharibəsinin tarixində dönüş nöqtəsi hesab etmək olar. Vaşinqton danışıqlara getməyin tərəfdarıdır. Əslində, Donald Tramp əvvəldən bildirirdi ki, Kiyev və Moskva arasında münasibətlərin pozulması və Rusiyanın proseslərdən kənarda saxlanılması müharibənin uzanmasına səbəb olan əsas faktorlardan biridir. Digər tərəfdən, ABŞ və Rusiya nümayəndələrinin Ər-Riyadda baş tutan danışıqlarında müəyyən razılığa gəldiklərini söyləmək mümkündür. Ən azından liderlərin görüşünə hazırlıqların getdiyi bəllidir.
Bu gün münaqişənin başlanmasının üç ili tamam olur. Ukrayna ABŞ və Qərbin dəstəyi olmadan müharibədə bu qədər müqavimət göstərə bilməzdi. Kiyev Rusiyaya qarşı müqavimətin 70 faizini Avropa İttifaqı (Aİ) və ABŞ-nin dəstəyinə borcludur. Reallığa baxsaq, dünyanın həm say tərkibinə, həm də gücünə görə ilk onluqda yer alan bir dövlətlə bu qədər uzun müddət mübarizə aparmaq asan deyil. Üstəlik, bu müharibənin Ukraynanın qələbəsi ilə bitməsi çətin görünür.
Zelenski ağıllı davranaraq Trampın təklifi ilə razılaşmalı və sülh danışıqlarına, yaxud atəşkəs razılaşmasına getməlidir. Bu situasiyanı öz tariximizlə də müqayisə edə bilərik: Azərbaycan 1994-cü ildə ərazilərinin 20 faizinin işğal altında olmasına baxmayaraq, Ermənistanla atəşkəs razılaşması imzaladı. Bu, nə Azərbaycanın həmin torpaqlardan imtina etməsi, nə beynəlxalq hüququn pozulması, nə də həmin ərazilərin Ermənistana aid olmasının tanınması demək idi. Azərbaycan illər ərzində ordusunu gücləndirdi və nəticədə torpaqlarını işğaldan azad etdi".
Politoloqun fikrincə, artıq üç ildir ki, ABŞ-nin dəstəyi ilə müqavimət göstərən Ukrayna yenə də Vaşinqtona güvənə bilər:
"Onun başqa çarəsi də yoxdur. Tramp Rusiya ilə razılığa gəlmək istəyir və Ukraynanı da Türkiyə vasitəsilə buna inandırmağa çalışır. Əl-Riyaddakı görüş zamanı Zelenskinin də Türkiyəyə səfər etməsi bu prosesin bir hissəsi kimi görünür.
Eyni zamanda, Putin hakimiyyətdə olduğu müddətcə Rusiya ilə hərbi dildə danışmağın heç bir mənası yoxdur. Avropa İttifaqı bu gün Ukraynanın yanında olduğunu desə də, ABŞ dəstəyini dayandırdığı halda, Aİ də geri çəkiləcək. Belə olan halda, Ukrayna Rusiyanın qarşısında dayana bilməyəcək. Zelenski ya razılaşmaya imza atacaq, ya da onun məğlubiyyətindən sonra yeni bir lider bu sazişi imzalayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pivə qan damarları üçün faydalıdırmı?
08:20 27.05.2026
Sağlamlıq
“17 yaşımda striptiz-klubda işləyirdim”
07:51 27.05.2026
Şou
Avropaya səyahət edənlərin NƏZƏRİNƏ...
06:43 27.05.2026
Maraqlı
Çox yatmaq hansı xəstəliklərdən xəbər verir?
04:42 27.05.2026
Sağlamlıq
Cazın əfsanəsi dünyasını dəyişdi!
04:04 27.05.2026
Şou
Kütləvi işsizlik gözlənilir? - "OpenAI" rəhbəri danışdı
03:33 27.05.2026
Texnologiya
“Real Madrid”də prezident seçkilərinin vaxtı açıqlanıb
02:54 27.05.2026
Futbol
Netanyahu: İsrail 2 500-dən çox "Hizbullah" terrorçusunu məhv edib
00:40 27.05.2026
Dünya
Azərbaycanda Qurban bayramı qeyd olunur
00:17 27.05.2026
Cəmiyyət
İsrail HƏMAS-ın yeni liderini olduğu bazaya hücum etdi
23:59 26.05.2026
Dünya
İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib
23:11 26.05.2026
Rəsmi
Mahmud Abbas İlham Əliyevi təbrik edib
22:38 26.05.2026
Rəsmi
Netanyahu: İsrail Livanda əməliyyatı genişləndirir
21:51 26.05.2026
Dünya
Şərif Ərdoğanla regional məsələləri müzakirə edib
21:38 26.05.2026
Region
Ceyhun Bayramov və İshaq Dar bu məsələləri müzakirə ediblər
21:26 26.05.2026
Siyasət