
Vardanyanın ifadə verməkdən imtinası heç nəyi dəyişmir - RƏY
Yusif Nəzərli
23:07 27.02.2025
Aktual
544
“Dağlıq Qarabağ”ın keçmiş dövlət naziri Ruben Vardanyan Bakı məhkəməsində ifadə verməkdən imtina edib. Ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası fevralın 25-də davam etdirilib.
R.Vardanyan aclıq aksiyası keçirdiyinə görə özünü yaxşı hiss etmədiyini söyləyib. Hakim təqsirləndirilən şəxsin həkim müayinəsindən keçməsi üçün fasilə elan edib. Fasilədən sonra məhkəmə iclasına sədrlik edən hakim Zeynal Ağayev cinayət prosesinin tərəflərinə məhkəmə istintaqında sübutların tədqiq edilmə qaydasını izah edib. Ardınca təqsirləndirilən şəxsə sərbəst ifadə vermək təklif olunub, lakin o, ifadə verməkdən imtina edib. Bundan sonra dövlət ittihamını müdafiə edən prokurorlar təqsirləndirilən şəxsə ittiham olunduğu cinayət əməlləri üzrə suallar verməyə başlayıb. Təqsirləndirilən şəxs Ruben Vardanyan ona verilmiş sualların heç birini cavablandırmayıb. Məhkəmənin növbəti iclası martın 4-nə təyin olunub.

Mövzu ilə bağlı “Sherg.az”a danışan siyasi şərhçi Azər Həsrət bundan əvvəl də Vardanyanın məhkəmə zamanı beynəlxalq və Azərbaycan prosessual qanunlarının pozulmasına etiraz olaraq aclıq aksiyası elan etməsini xatırladıb:
“Azərbaycan ərazisində separatçılıq və terrorçuluqda təqsirləndirilən və hazırda məhkəmə qarşısında dindirilən ermənilərin məhkəmə prosesini yaxından izləyirəm. Çalışdığım qədər detalları da təhlil edirəm. Bir vaxtlar asıb- kəsən, özlərini qondarma respublikanın sahibi elan edən bu şəxslərin məhkəmə qarşısındakı davranışlarına baxıram ki, quzuya dönüblər. Havadarlarının arxasına gizlənərək kükrəyib bizi hədələyən şəxslərdən əsər qalmayıb. Ağalarına söykənərək üstümüzə hürən köpəklər indi Azərbaycanın ədalət məhkəməsi qarşısında quyruqlarını qısıb bir küncdə çömbəliblər. Vardanyanın etirazı, ifadə verməkdən imtinası onun çarəsizliyindən qaynaqlanır. “Suda boğulan saman çöpündən yapışar”- deyirlər. Vardanyan məhkəmədə ifadə verməməklə nəyəsə nail olacağını, dünya ictimaiyyətinin diqqətini cəlb edəcəyini düşünür. Boş şeydir! Mən onun Qarabağa gəlməzdən əvvəlki fəaliyyətini də araşdırmışam. Guya humanitar əməllərlə məşğul olduğunu, Vardanyanın Qarabağa qanunsuz gəlməsini, özünü qondarma respublikanın dövlət naziri elan etməsini də yaxşı bilirik. Vardanyanın digər təqsirləndirilən şəxslərdən fərqi Azərbaycan respublikasının vətəndaşı olmamasıdır. İrəvanda doğulsa da, sonradan Rusiya vətəndaşlığını alıb”.
A.Həsrətin sözlərinə görə, Vardanyanın ifadə verməkdən imtinası hər nə qədər məqsədli olsa da, bizi narahat edəcək bir məsələ deyil:
“Məhkəmə boşuna qurulmayıb ki, Azərbaycan dövlətinin əlində kifayət qədər dəlil-sübutlar var. Vardanyan nə qədər istəyir özünü artistliyə qoysun, onsuz da heç bir nəticəsi olmayacaq. Onun üçün ən yaxşı yol, günahlarını etiraf edib, Azərbaycan məhkəməsindən aman diləməsidir ki, nisbətən cəzası yüngülləşsin. İfadə versələr də, verməsələr də, bütün cinayətkarlar Azərbaycan xalqına qarşı törətdiyi əməllərə görə qanun qarşısında cavab verəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Deputat qanunların dilinə etiraz edib
14:15 26.05.2026
Gündəm
“Azərsun Holdinq” minlərlə ailəyə bayram sovqatı hədiyyə etdi
14:13 26.05.2026
Ölkə
KİV: İrana 24 milyard dollar qaytarıla bilər
14:03 26.05.2026
Gündəm
"Beşiktaş"dan Zidan sürprizi: İlk təmas quruldu
13:46 26.05.2026
Futbol
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
13:35 26.05.2026
Gündəm
Ali Məhkəməyə iki yeni hakim təyin edilib
13:29 26.05.2026
Aktual
Milli Məclis dövlət komitəsinin hesabatını təsdiq edib
13:00 26.05.2026
Cəmiyyət
Sergey Lebedev: Xarici aktorlar MDB-ni parçalamaq istəyirlər
12:59 26.05.2026
Dünya
“Liverpul” Alissonla bağlı qərarını verdi
12:44 26.05.2026
Futbol
AAYDA-nın daha 7 qurumu ləğv olunur
12:37 26.05.2026
İnfrastruktur
Putin: Dünyada hərbi-siyasi vəziyyət xeyli mürəkkəbləşib
12:36 26.05.2026
Dünya
Ağdam şəhərinə yola salınan 110 ailə mənzil başına çatıb - FOTOLAR
12:29 26.05.2026
Gündəm
Sabah 28 dərəcə isti olacaq
12:20 26.05.2026
Ekologiya
İtaliya Prezidenti Azərbaycan liderini təbrik edib
12:12 26.05.2026
Gündəm
SEPAH ABŞ PUA-sının vurulduğunu bildirir
11:57 26.05.2026
Dünya