Ötən il Məkəzi Bank tərəfindən banklara verilmiş kreditlərin balans dəyəri 81,1% azalıb

2024-cü ildə Məkəzi Bank tərəfindən banklara verilmiş kreditlərin balans dəyəri əvvəlki illə müqayisədə 81,1% azalıb.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın maliyyə hesabatında qeyd olunub.

Belə ki, 2023-cü ildə 72,951 min manat olan balans dəyəri 2024-cü ildə 13,761 min manata düşüb.

Hesabata görə, yenidən maliyyələşdirmə kreditləri üzrə ümumi balans dəyəri 455,936 min manat, dəyərsizləşmə ehtiyatı isə 442,175 min manat təşkil edib.

Məlumata görə, yenidən maliyyələşdirmə kreditləri hüquqi şəxslərə Azərbaycan Mərkəzi Bankının pul siyasətinin həyata keçirilməsi məqsədilə verilib. Qeyd olunur ki, hər iki ildə kredit qalığı Mərkəzi Bankın kapitalının 10%-ni aşmayıb.